WhatsApp koronavirusla bağlı yeni təhlükəsizlik tədbiri görüb | Banco.az

WhatsApp koronavirusla bağlı yeni təhlükəsizlik tədbiri görüb

Facebook koronavirus pandemiyası ilə bağlı yayılan zərərli informasiyaların qarşını almaq üçün yanıldıcı reklamları təqribən bir ay əvvəl qadağan etmişdi. Facebook şirkətinin xidmətlərindən biri olan WhatsApp da koronavirusla bağlı əsassız xəbərlərin yayılmasının qarşısını almaq üçün yeni tədbir görməyə hazırlaşır.

Şirkət bu məqsədlə “Ötürmək” (Forward) funksiyasına məhdudiyyət qoymağı planlaşdırır.

Sistem tərəfindən tez-tez paylaşıldığı görülən bir mesaj istifadəçilər tərəfindən maksimum bir şəxs və ya qrupa göndərilə biləcək. WhatsApp daha əvvəl verdiyi qərarla isə bu rəqəmi 5-ə endirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda təkcə Hindistanda tətbiq edilməyə başlanılan bu yeni addımın internet trafikinin artmasına bağlı olaraq şirkətin xidmət göstərdiyi 180-dən çox ölkədə də tətbiq ediləcəyi qeyd edilib.

Həmçinin oxu: WhatsApp və Instagram–ın adı dəyişdirilir

Tamara Mustafayeva, Banco.az