"WhatsApp" ismarıcların redaktə edilməsi funksiyasını sınaqdan keçirir | Banco.az

"WhatsApp" ismarıcların redaktə edilməsi funksiyasını sınaqdan keçirir

Müəllif - Aida İsaq, Banco.az

“WhatsApp” mesajların redaktə edilməsi funksiyası üzərində işləri davam etdirir. 

Banco.az xəbər verir ki, bundan öncə istifadəçilərə mesajı geri qaytarma imkanı təklif edən platforma, ötən sentyabr ayında “Android”lərdə ismarıcların redaktə funksiyasını beta versiyada təqdim etmişdi. Hazırda şirkət müvafiq funksiyanı “iOS” üçün sınaqdan keçirməyə hazırlaşır. Müvafiq yenilik yalnız mətn formasında göndərilən mesajları üçün etibarlı olacaq. Məlumata görə, ilkin məqamda ismarıcların redaktə olunması üçün vaxt məhdudiyyəti tətbiq olunacaq.

Qeyd edək ki, “WhatsApp”ın rəqibləri olan “Telegram” və “iMessage” uzun müddətdir ki, bu xüsusiyyətə malikdir. Üstəlik “iMessage” 15 dəqiqə vaxt məhdudiyyəti tətbiq etdiyi halda “Telegram”da mesajların redaktə edilməsi üçün limitsiz vaxt seçimi təklif edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et