“WhatsApp” hesabını necə qorumaq olar? | Banco.az

“WhatsApp” hesabını necə qorumaq olar?

“WhatsApp” mobil tətbiqində hesabınızın kiberdələduzlar tərəfindən oğurlanması halları geniş yayılmaqdadır. Hesabınızın təhlükəsizliyini qorumaq məqsədilə iki mərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək gərəklidir. Bunun üçün nə etməlisiz?

1. "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun.

2. Növbəti ekranda "Parametrlər" xanasını seçin.

3. İndi "Hesab" xanasını seçin.

4. Ekranı aşağıya doğru sürüşdürün.

5. Daha sonra “İki mərhələli təsdiqləmə” xanasını seçin.

6. Növbəti ekranda “Aktivləşdir” düyməsini sıxın.

7. Daha sonra “6 rəqəmli Pin kod” əlavə edin. Yenidən Pin kodunuzu daxil edin.

8. Hesabınızı qorumaq və Pin kodunuzu unutduğunuz zaman onu sıfırlamaq üçün hesabınıza e-poçt ünvanı əlavə edin. Yenidən e-poçtunuzu daxil edin.

Ən sərfəli kredit üçün müraciət et

Artıq sizin “WhatsApp” hesabınızda iki mərhələli təsdiqləmə funksiyası aktivdir.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et