WhatsApp-dan təhlükəsizliyi artıracaq yeni funksiya | Banco.az

WhatsApp-dan təhlükəsizliyi artıracaq yeni funksiya

Müəllif: Mehin Qasımova/Banco.az

Ani ünsiyyət proqramı "WhatsApp" platformanın məxfiliyini və təhlükəsizliyini artıracaq yeni funksiya üzərində işləyir.

Banco.az xəbər verir ki, “WhatsApp” iki mərhələli e-poçt yoxlamasına hazırlaşır. 

Məlumata görə, “WhatsApp”a əlavə olunacaq e-poçt yoxlanışı avqust ayından hazırlanıb və hazırda beta istifadəçilərinə çatmağa başlayıb.

Bu zaman istifadəçilər şəxsi e-poçt ünvanlarını "WhatsApp" hesablarına birləşdirərək yeni təhlükəsizlik təbəqəsi yarada biləcəklər. Buna görə hesablara daxil olmaq bir az çətinləşsə də, məlumat oğurluğu və sındırmaya qarşı yeni bir tədbir olacaq. 

"WhatsApp" beta istifadəçilərinə təklif edilən bu xüsusiyyət üçün hələ dəqiq bir tarix paylaşılmayıb. Bununla belə, yeni doğrulama sisteminin ən qısa zamanda bütün istifadəçilərə çatacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram