WhatsApp-a 5 yeni funksiya gələcək | Banco.az

WhatsApp-a 5 yeni funksiya gələcək

Tamara Mustafayeva, Banco.az

Dünyanın ən çox istifadə edilən mesajlaşma tətbiqi WhatsApp platformasına yeni funksiyalar əlavə ediləcək. Sosial media nəhənginin hazırda sınaq mərhələsində olan 5 yeni funksiyası aşağıdakılardır:

1. Birdən çox cihaz funksiyası

Bu funksiya sayəsində istifadəçilər bir hesaba eyni anda dörd müxtəlif cihaz vasitəsilə qoşula biləcəklər.

2. Vaxtı bitən mesajlar

WhatsApp platformasında ilk dəfə görəcəyimiz bu funksiya ilə istifadəçilərin 1 gün, 1 həftə, 1 ay sonra belə göndərdikləri mesajları silmək imkanı olacaq. Bu mesajlar hər iki tərəf üçün də silinəcək.

3. Saxlama/Arxivləmə

İstifadəçilər bu yeni funksiya sayəsində yüklənilmiş media fayllarının telefonda tutduğu yerə nəzarət edə biləcəklər.

4. Mesaj axtarışı

İstifadəçilərin daha əvvəl sözbəsöz axtarış etmə imkanı olsa da, vaxtı seçə bilmirdilər. Artıq müfəssəl axtarış funksiyası sayəsində axtardıqları sözün vaxtını da seçə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

5. Mesaj silmə

Sosial media nəhənginin əvvəlcədən arxivlənmiş mesajları silməklə bağlı da yeni bir funksiya üzərində işlədiyi məlumdur. Sözügedən funksiyanın təfərrüatları yaxın günlərdə bəlli olacaq.

Həmçinin oxu: Sosial media hesablarından istifadəni asanlaşdıracaq 5 Onlayn vasitə

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et