Ötən ay “Western Union”-un Ripple-ı test edəcəyi haqda yayılan iddiaları şirkət təsdiqləyib. Beynəlxalq pul köçürmələrində XRP sınaqdan keçirilir.
Yanvarın əvvəlində dünyanın ən böyük pul köçürmə şirkəti “Western Unioin”-un “SWIFT” sistemi əvəzinə beynəlxalq pul köçürmələrində öz proqramlarının və kriptovalyuta istifadəsini məqsəd qoyan Rippe-ın texnologiyasını test etdiyi iddia olunmuşdu. İddiaların ardından şirkətlə eyni adı daşıyan kriptovalyuta vahidi Ripple (XRP) 10 % artaraq 3 dolları keçmişdi. Bununla bağlı əvvəl heç bir açıqlama verməyən “Western Union” nəhayət ki, iddiaların doğru olduğunu bildirib.
Test mərhələsində
200-dən çox xidmət təklif edən və 2016-cı ili 5.4 milyard dollar gəlirlə başa vuran şirkətin baş maliyyə direktoru Rac Aqraval mövzuyla bağlı “Bloomberg”-ə açıqlama verib. Beynəlxalq pul köçürmələri üçün Blockchain texnologiyasının dəyərləndirildiyini söyləyən Aqraval Ripple-ın testdən keçirildiyini də əlavə edib. Testlərin hazırda şirkətin əhəmiyyətli bir hissəsini təşkil etmədiyini deyən Aqraval orada “yol açacaq” nəyəsə rast gəlinmədiyini bildirib.
Maliyyə sektorunda xidmət göstərən şirkətlərlə bir sıra əməkdaşlıq edən Ripple-ın “RippleNet” adlı şəbəkəsində hazırda yüzdən çox maliyyə qurumu var. Son olaraq ötən həftə ödəniş xidmətləri təklif edən Çinin “LianLian” şirkəti “RippleNet” şəbəkəsinə qatıldığını və Ripple-ı tes etməyə başladığını elan etdi.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.