Şəxsi kapitalın idarə edilməsi (ing: wealth management) – iri məbləğdə sərvət sahibi olan fərdi müştərinin maliyyə həyatının bütün aspektlərini əhatə edən konsultasiya xidmətlərinin məcmusudur – maliyyə investisiyaları, planlama, mühasibat xidmətləri, vergi planlaması, hüquqi məsələlər və s.
Ümumi götürdükdə, wealth management sadəcə investisiya məsləhətlərindən daha geniş anlayışdır, belə ki, fərdin maliyyə həyatının bütün sahələrini əhatə edə bilər. Məsələnin məğzi ondan ibarətdir ki, müxtəlif sayda peşəkarlardan məsləhət almaqdansa, olduqca zəngin müştəri yeganə bir menecerin xidmətlərindən faydalanır, hansı ki bu menecer ailənin cari və gələcək ehtiyaclarını, həmçinin istəklərini nəzərə alaraq, mövcud vəsaitlərin idarəedilməsi və planlaması ilə bağlı lazım olan bütün xidmətlərin koordinasiyasını öz üzərinə götürür.
Wealth menecer - müştərinin cari maliyyə durumu, maliyyə hədəfləri və risk götürmə miqdarına əsaslanaraq, müştərinin sərvətinin qorunub saxlanması və artırılması ilə bağlı plan tərtib edir. Orijinal plan hazırlandıqan sonra, menecer müntəzəm olaraq, hədəfləri yeniləmək, maliyyə portfelini yenidən nəzərdən keçirmək və balanslaşdırmaq üçün müştəri ilə görüşür, hər hansı bir əlavə xidmətə ehtiyac olub-olmaması ilə maraqlanır və yenə də müştərinin həyatını izləməkdə davam edir.
Wealth managment – xidməti, private banklar tərəfindən, o cümlədən, ayrıca firmalar və fərdlər tərəfindən də təklif oluna bilər. Bir qayda olaraq, bu xidmətlər trast idarəetmələrini və digər etibar əsasında idarəetmə mexanizmlərini özündə birləşdirir.
Ənənəvi olaraq zəngin şəxslər daha eksklüziv xidmətlər görmək istəyir, bu xidmətlər onları adi sıravi müştərilər cərgəsindən fərqləndirir və sərvətlərini daha düzgün diversifikasiya etmək imkanı verir.
CFA institutunun “iri şəxsi kapital idarə edilməsi üzrə” tədris kursunda şəxsi investorları investisiya müəssisələrindən fərqləndirən iki başlıca faktor qeyd olunub:
- İlk növbədə zaman hüdudları fərqlənir. Əgər fərdi insanların ömrü müəyyən zamanla məhdudlaşırsa, müəssisələrin fəaliyyəti insan ömrü ilə məhdudlaşmır və müddətsiz də ola bilər. Bu fakt tələb edir ki, insan ömrü başa çatanda aktivlərin digər tərəfə verilməsi statategiyası tətbiq edilsin (miras olaraq keçirilmə). Mirasın tərtibi və təhvil verilməsi ilk növbədə qanunvericilik və normalar ilə müəyyən olunur, tərtib edildiyi ərazi və strategiyadan, həmçinin miras qoyan şəxsin iradəsindən asılı ola bilir.
- Fərdi investorların və investisiya şirkətlərinin sərvətlərini idarəetməsini fərqləndirən ikinci faktor isə insanların hər bölgədə fərqli şəkildə qarşılaşdığı vergi qoyuluşudur, yəni investisiya gəlirləri fərqli şəkildə vergiyə məruz qalır. Insanlar öz maliyyə hədəflərinə nail olmaq üçün təkilf edilən protfel idarəetmə metodlarını, həmçinin müvafiq vergi orqanlarının tələblərini də nəzərə almalıdır.
“Şəxsi kapitalın idarə edilməsi” termini ilk dəfə Goldman Sachs və Morgan Stanley banklarının pərakəndə bölmələrində, kütləvi bazardan olan zəngin müştərilərə göstərilən şaxələndirilmiş xidmətlər cəmini adlandırmaq üçün istifadə olunub, lakin sonradan termin maliyyə xidmətləri bazarında da geniş yayılıb.
1980-ci illərin sonunda şəxsi banklar və broker firmaları öz firmalarının təcrübəsini, maliyyə alətlərini və imkanlarını təşviq edən seminarlar və tədbirlər keçirməyə başlayırlar. Növbəti illər ərzində yeni biznes model formalaşır: 1990-cı ildə Family Office Exchange, 1991-ci ildə Institute for Private Investors və 1995-ci ildə CCC Alliance. Bu yeni müəssisələrin fəaliyyəti zəngin müştərilərin maariflənməsinə, həmçinin belə müştərilər, o cümlədən onların ailə üzvləri arasında qarşılıqlı əlaqə şəbəkəsinin qurulmasına yönəlmişdi.
Zəngin şəxslərin ailə sərvətinin idarəetməsini öyrədən proqramlar bu gün bir sıra universitetlərdə tədris olunur, lakin onlardan birincisi Pensilvaniya Universiteti nəzdində Uorton biznes məktəbi tərəfindən tədris olunmuşdu. 1995-ci ildən bəri 32 ölkədən 573-dən çox investor bunu keçmişdi. Beşgünlük proqram ildə iki dəfə Institute for Private Investors ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. Çikaqo, Stenford və Kolumbiya Universitetlərində də belə proqramlar keçirilir.
Banklar tərəfindən zəngin müştərilərə təklif edilən private bank xidmətlərindən fərqli olaraq, wealth management klassik bank məhsulları ilə bağlı deyil. Wealth management müştərinin və onun ailəsinin maliyyə məsələlərinin həllinə kompleks yanaşma tətbiq edir və konkret hər hansı bir maliyyə alətinə bağlılıq mütləq deyil.
Fatkiti olaraq, private banking sərvət və kapital idarəetməsinə doğru təkamül edir və müştərilərə bank fəaliyyəti hüdudlarından kənar, daha geniş spektrdə xidmətlər göstərməyə can edir.
Bu xidmətlərə daxildir:
Maliyyə planlaması: Sərvətin idarə edilməsi üçün ailənin maliyyə və investisiya fəaliyyətinin bütün aspektlərini bir-biri ilə bağlamağa imkan verir.
Kapitalın investisiya edilməsi : müxtəlif maliyyə alətlərinə və fondlara investisiyalar gerçəkləşdirilə bilər, hər şey müştərinin risk iştahasına uyğun müəyyən edilir.
Həyatın yığım sığortası: Maraqlı yığım aləti olmaqla yanaşı zəmanətli gəlir və sığorta müdafiəsi də təqdim edir.
Vergi məsələləri: İstənilən maliyyə fəaliyyəti, həm də vergi konsultasiyası ilə müşayiət olunur, müştərinin vergi bəyannaməsinin doldurulmasında və ya dəyişən vergi qanunvericiliyi ilə bağlı yeniliklər çatdırılır, əmlak alqı və satqısında vergi müşayiəti həyata keçirilir.
Şəxsi biznes qurulması zamanı müstəqil maliyyəçinin məsləhəti lazım ola bilər.
Əmlak məsələləri - əmlak alqı-satqısı zamanı maliyyəçi müşayiəti, vergi və hüquqi baxımdan hər zaman tələb olunu bilər.
Sərvətin gələcək nəsillərə ötürülməsi – mirasçıların müvafiq hazırlığını nəzərdə tutur, belə ki, ailə kapitalının idarəedilməsi məsuliyyətli yanaşma tələb edir.
Hüquqi məsələlər: istənilən maliyyə sövdələşmələri, həmçinin əmlak rəsmiləşdirilməsi və ya ailə üzvlərinin boşanması, miras qoya və ya hədiyyə etmə əsnasında əmlak bölgüsü zamanı hüquqi müşayiət.
Şəxsi maliyyə planı
Şəxsi maliyyə planı ailənin rifah və sərvətini idarə etmək üçün tərtib edilmiş alətdir. Şəxsi (ailəvi) maliyyə planı kapitalın idarə edilməsi strategiyası ilə uzlaşdırılır. Ailənin sərvəti nə qədər böyük olarsa, bir o qədər aktiv növləri və maliyyə əməliyyatları meydana gəlir. Maliyyə proseslərinin idarə edilməsi ciddi nəzarət və sistemli yanaşma tələb edir. Burada da ixtisaslaşma kömək etmir. Bununla yanaşı şəxsi maliyyə prosesi quru nəticə deyil, fasiləsiz bir prosesdir və müxtəlif elmləri əhatə edən səriştə tələb edir
Şəxsi maliyyə planı özündə aşağıdakı aspektləri əhatə edir:
- Maliyyə hədəflərinin siyahısı (şəxsi və ailəvi maliyyə prioritetlərinin sistemi)
- Aktivlər və və passivlər balansı (gəlir mənbələrinin siyahısı və daimi məxaric ödənişləri)
- Şəxsi büdcə (ailənin ayliq gəlirlər və xərcləri)
- Şəxsi investisiya planı (ailə kapitalının qorunması və artırılması)
- Şəxsi təqaüd planı (özün və ailən üçün təqaüd kapitalının planlaşdırılması)
- Vergi planlaması ( Vergi öhdəlikləri və onların optimallaşdırılması)
- Sığorta planı (risklərdən qorunmaq üçün sığorta polislərinin alınması)
- Miras planlaması (gələcək mirasçılar arasında kapital bölgüsü)
Konul Soltanova, Banco.az