WBD İdarə Heyəti "Paramount"un yeni təklifini də geri çevirməyə hazırlaşır | Banco.az

WBD İdarə Heyəti "Paramount"un yeni təklifini də geri çevirməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Warner Bros. Discovery” (WBD) Direktorlar Şurası şirkət səhmdarlarına “Paramount”un yenidən işlənmiş satınalma təklifini rədd etməyi tövsiyə edib.

Banco.az xəbər verir ki, “WBD” İdarə Heyəti məsələ ilə bağlı qiymətləndirmələrini əks etdirən məktubu səhmdarlara göndərib.

Məktubda “Paramount” tərəfindən yenilənmiş təklifin bir sıra kritik məqamlar üzrə “Netflix” ilə əldə olunmuş birləşmə razılaşması ilə müqayisədə daha zəif olduğu vurğulanıb.

Təklifin mühüm xərclər, risklər və qeyri-müəyyənliklər nəzərə alındıqda kifayət qədər dəyər təqdim etmədiyi qeyd edilən məktubda “Netflix” ilə birləşmə ilə müqayisədə sövdələşmənin tamamlanmaması riskinin daha yüksək olduğuna diqqət çəkilib.

Məktubda İdarə Heyətinin “Netflix” ilə birləşməyə verdiyi dəstəyi yekdilliklə bir daha təsdiqlədiyi və “WBD” səhmdarlarına “Paramount”un təklifini rədd etməyi tövsiyə etdiyi bildirilib.

“Paramount” 8 dekabr 2025-ci il tarixində “Warner Bros. Discovery”nin bütün səhmlərini hər səhm üçün 30 dollar nağd ödəniş qarşılığında almaq məqsədilə ümumi dəyəri 108,4 milyard dollar olan bir təklif irəli sürdüyünü açıqlamışdı.

Qeyd olunan bu təklif “Netflix”in “Warner Bros. Discovery” ilə razılığa gəldiyini elan etməsindən sonra təqdim olunmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram