Warren Buffett Mark Zuckerberg-i geridə qoydu | Banco.az

Warren Buffett Mark Zuckerberg-i geridə qoydu

Tamara Mustafayeva, Banco.az

Amerikalı tanınmış investor və biznesmen Warren Buffett sahib olduğu "Berkshire Hathaway" şirkətinin səhmlərinin bahalaşaraq 600 milyard dollarlıq bazar dəyərinə çatmasından sonra sərvətini 100 milyard dollar səviyyəsindən artırmağa nail olub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Mark Zuckerberg-i üstələyərək 100 milyard dollar klubuna qoşulan Buffett bununla da hazırda Ceff Bezos, İlon Mask, Bernald Arnault və Bill Qeytsdən sonra dünyanın ən varlı 5-ci şəxsi ünvanına sahibdir.

Apple və digər şirkətlərin səhmlərindən 35.8 milyard dollar mənfəət əldə edən və ötən ilin dördüncü rüb göstəriciləri pandemiyaya baxmayaraq müsbət olan "Berkshire Hathaway"in səhmləri dünən birjada rekord göstərici ilə bağlanıb.

Xatırladaq ki, 1965-ci ildə tekstil şirkəti kimi təsis edilən "Berkshire Hathaway" bu gün 90-dan çox şirkətə və 281 milyard səhmə sahibdir. Bir vaxtlar şirkətin üçdə biri dəyərində sərvəti olan Buffett isə əsasən xeyriyyəçilik fəaliyyətləri ilə tanınır. 90 yaşlı biznesmen bu günədək müxtəlif qurum və şəxslərə 40 milyard dollara yaxın ianə vermişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et