Maraqlısı odur ki, Buffet hələ də Apple şirkətinin maliyyə bazarında daha uğurlu nəticələr göstərəcəyinə inanır. Düzü Apple-ın səhmi bazarda təqribi 228 dollar olsa da, Buffetə görə bu rəqəm Apple markasına görə bu qədərdir, qısamüddətli maliyyə nəticələrinə görə yox.
Belə ki, məşhur investorun şirkəti Berkshire Hathaway Appledakı payını ikinci rübdə 5% daha artırıb, lakin Buffet daha çox səhm almaqda iddialıdır, hətta onun fikrincə isə aldıqları pay olduqca cuzidir.
Gəlin məsələni sizin üçün biraz açım, belə ki iyun ayının 30-da Apple ABŞ-da market kapitalizasiyası 1 trilyard dollardan çox olan ilk şirkət oldu. Buffet də bu vəziyyətdən istifadə etdi və Berkshire-in Appledakı investisiya dəyəri 50 mlrd dolları keçdi. Yəni iyunun 30-a qədər Berkshire şirkətinin əlində 246,5 mln dolar Apple səhmi mövcududur, (hazırda 251 mln dollardır) yəni Apple şirkətinin 5,1%-i Berkshire Hathaway-ə məxsusudur. Hazırda 56 mlrd dollar xalis investisiya dəyəri ilə Berkshire Apple-ın üçüncü böyük səhmdarıdır. Birinci və ikinci yerdə isə Vanguard və Blackrock şirkətləridir.
Buffetə görə isə bu uğur sadəcə texnnoloji uğurdu, yəni Apple şirkətinin Amerikada market kapitalizasiyası ən çox olan şirkət olması maliyyə uğuru sayılmır. Hətta o deyir ki:
Mən növbəti rüblərdə və ya növbəti ildə satışlara baxmayacam, satış artıq Apple üçün əsas rol oynamamalıdır. Mən bundan sonra İphone almaqla yüzlərlə insanın praktiki yaşayışları üzərinə fokuslanacam.
Buffet fikirləşir ki, İphone inanılmaz dərəcədə az dəyərə malikdir. Yəni onun dəyəri 1000 dollarlıq Apple xərcindən daha çoxdur.
Mənim təyyarəm var, hansı ki dəyəri milyon dollardan çoxdur. Əgər mən İphonedan ya da ki İpaddan çox istifadə etsəm, və ya belə deyim, dostlarım kimi İphone istifadə etsəm, mən Təyyarəyə pul çatdıra bilməyəcəm və ondan imtina etməli olacam.
Bu şərtlər daxilində siz qiyməti qaldıra bilməzsiniz, çünki bazarda rəqabət var. Amma insalara və ya xərclədikləri minlərlə dollar qarşılığında aldıqları fayda əvəzində mükəmməl bir günorta yeməyi təşkil edə bilərsiniz. Elə möcüzəlisi də budur.
Yəni Buffetin dediklərindən belə bir nəticə çıxarmaq olur, İphone hazırda ABŞ bazarında öz texnologiya uğurunu əlində saxlayır və buna görə də bazar dəyəri arta-arta gedir. Amma belə bir məsələ var, insanlar iphone-a xərclədiyi pulun faydasını ondan ala bilirlərmi?, bax dövrün sualı budur.