Warren Buffet-dan 600 milyon dollarlıq GÖZLƏNİLMƏYƏN yatırım | Banco.az

Warren Buffet-dan 600 milyon dollarlıq GÖZLƏNİLMƏYƏN yatırım

“Fintech” - ə sərmayə qoymaq xülyasına qapılan son isim dünyanın ən varlı üçüncü şəxsi olan Amerikalı məşhur sərmayəçi Warren Buffet oldu. Onun sahib olduğu “Berkshire Hathaway” şirkəti inkişaf etməkdə olan bazarlar üzrə çalışan iki müxtəlif “fintech” şirkətinə cəmi 600 milyon dollar dəyərində yatırım edib.

Həmçinin oxu: Fintech nədir?

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, son dövrlərdə böyük populyarlıq qazanan “fintech” – lər gənc sərmayəçilərin olduğu qədər illərini bu işə həsr etmiş yaşlı sahibkarların da diqqətini çəkməyə başlayıb. Bu xülyaya qapılan son isim isə dünyanın ən varlı üçüncü şəxsi olan Amerikalı məşhur sərmayəçi Warren Buffet olub. Onun sahib olduğu Berkshire Hathaway şirkəti inkişaf etməkdə olan bazarlar üzrə çalışan iki müxtəlif “fintech” şirkətinə cəmi 600 milyon dollar dəyərində yatırım edib. Qeyd edək ki, tanınmış milyarderin şəxsi sərvəti isə 87 milyard dollar dəyərindədir.

Ən sərfəli kredit üçün müraciət et

Hindistan və Braziliyaya yatırım

Müxtəlif mənbələrə görə, şirkət Hindistanın ən böyük mobil ödəmə xidməti olan “Paytm” - dən təqribən 300 milyon dollar dəyərində səhm satın alıb. “Berkshire Hathaway” – in etdiyi digər sərmayə qoyuluşunun isə həcm baxımından Braziliyanın ən böyük dördüncü ödəniş sistemi olan “StoneCo” – nun təşkil etdiyi hərracda böyük həcmdə səhm satın alması olduğu qeyd edilir.

Bu vaxta qədər “Coca-Cola” başda olmaqla köklü firmalara yatırım edən şirkətin atdığı bu addımları analitiklər təəccüblü hesab ediblər. Belə ki, Buffet, bir müddət əvvəl açıqlamasında texnologiya sektorundakı investisiyalardan o qədər də anlamadığını qeyd etmişdi.

Həmçinin oxu: Warren Buffet-ın biznesində etdiyi 4 səhv