“Warner Bros. Discovery” şirkəti “Paramount”un yeni təklifini nəzərdən keçirir | Banco.az

“Warner Bros. Discovery” şirkəti “Paramount”un yeni təklifini nəzərdən keçirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Warner Bros. Discovery” şirkəti “Paramount”un yeni təklifini nəzərdən keçirir.

Banco.az xəbər verir ki, şirkətdən verilən açıqlamada bildirilib ki, “Paramount”un “Warner Bros. Discovery”nin dövriyyədə olan bütün adi səhmlərini satın almaq məqsədilə təqdim etdiyi yenilənmiş təklif qəbul edilib.

Açıqlamada qeyd olunub ki, sözügedən təklif maliyyə və hüquq məsləhətçiləri ilə məsləhətləşmələr aparılmaqla araşdırılır və idarə heyətinin təhlili başa çatdıqdan sonra səhmdarlara ətraflı məlumat veriləcək.

Həmçinin vurğulanıb ki, “Netflix” ilə daha əvvəl əldə olunmuş birləşmə razılaşması qüvvədə qalır və idarə heyəti “Netflix” ilə bağlı əməliyyatı dəstəkləmək barədə tövsiyəsini davam etdirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram