Dünyanın ən böyük media şirkəti "Walt Disney"in İcraçı direktoru (CEO) 69 yaşındakı Bob İger vəzifəsindən istefa verib. İgerin yerinə Bob Chapek götürülüb.
Bob İger 2005-dən bu yana "Walt Disney"də CEO vəzifəsində çalışırdı. O, 2021-ci ilin sonuna qədər bu vəzifədə qalmaq üçün imza atmışdı.
Qərarın ictimaiyyətə açıqlanmasının ardından şirkətin səhmləri 3%-dən çox dəyərdən düşüb.
İger, qərarının müəyyən bir səbəbi olmadığını, gündəlik işləri təhvil verib daha çox yaradıcı işlərə fokuslanmaq istədiyini söyləyib.
"NETFLIX" İLƏ RƏQABƏT ÜÇÜN "DİSNEY+"U QURULMUŞDU
İger dövründə "Walt Disney", "Pixar", "Marvel", "Lucasfilm" kimi şirkətləri satın almışdı.
"Walt Disney", "Netflix"in film sənayesində yaratdığı sarsıntının ardından öz onlayn platforması olan "Disney+"u qurmuşdu.
"Disney+" yalnız 3 ayda 28 milyon üzvü aşmışdır. "Disney+" gələn ay Britanya və Avropa bazarına çıxacaq.
marja