Vyetnamın iqtisadi artımı 7,09 faizə çatıb | Banco.az

Vyetnamın iqtisadi artımı 7,09 faizə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Vyetnamın 2024-cü ildə iqtisadi artımı respublikanın Milli Məclisi (Parlament) tərəfindən müəyyən edilmiş 7%-lik hədəfi keçərək 7,09%-ə çatıb.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Statistika İdarəsi (DSİ) məlumat yayıb.

Qeyd olunub ki, 2023-cü ilin dördüncü rübündə milli ÜDM illik müqayisədə 7,55% artaraq, Cənub-Şərqi Asiya iqtisadiyyatları arasında ən yüksək göstərici olan 7,09% ümumi illik artım tempinə töhfə verib.

Ən sərfəli kredit üçün müraciət et

Statistika idarəsi aydınlaşdırıb ki, 2024-cü ildə Vyetnam iqtisadiyyatında artımın əsas amilləri sənaye və tikinti, həmçinin xidmət və kənd təsərrüfatı sektoru olub. Onlar son bir il ərzində müvafiq olaraq 8,24%, 7,38% və 5,37% artıb.

Milli Məclis bu il ölkənin 6,5-7% iqtisadi artıma nail olacağını gözləyir, eyni zamanda nazirlikləri, sektorları və bölgələri 7-7,5% üçün səy göstərməyə çağırır.