Vyana toplantısı ərəfəsində neftin qiyməti artır | Banco.az

Vyana toplantısı ərəfəsində neftin qiyməti artır

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Bu barədə London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verilir.

Belə ki, London birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,80% artaraq bir barelə görə 54,04 dollar olub.

Nyu-York birjasında WTI neftinin bir bareli 0,79% bahalaşaraq 50,73 dollara satılıb.

Qeyd edək ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. 

Ən sərfəli kredit üçün müraciət et

Həmin ilin dekabrında Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan 2017-ci ilin birinci yarısı üçün ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 

Müddət bitdikdən sonra alınacaq qərarlar üçün bütün diqqət mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçiriləcək 172-ci iclasına yönəlib. 

Mənbə: Oxu.az