"Ləğv prosesində olan “Bank Standard” QSC-nin kreditorlarının pulunun nə vaxt qaytarılacağı ilə bağlı proqnoz vermək mümkün deyil".
Bunu “Bank Standard”ın Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev deyib.
“Bu məsələ Bankdan götürülmüş kreditlərin geri ödənilməsindən asılıdır. Bu gün pul gəlsə, sabah kreditorların pulu verilə bilər. Bunun tarixi ilə bağlı proqnoz verə bilmərəm”, - deyə Fond rəsmisi bildirib.
Bundan başqa, V.Abdullayev qeyd edib ki, hazırda əmlak bazarında durğunluq yaranıb və bu məsələ “Bank Standard”ın balansında olan girov əmlakların satışını müəyyən qədər ləngidə bilər.
Mənbə: Report.az