VTB Bank-ın istehlak kreditləri 12% artıb | Banco.az

VTB Bank-ın istehlak kreditləri 12% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

VTB Bank Azərbaycan-ın kredit portfeli 31 dekabr 2025-ci il tarixinə 243 milyon 638 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 8 milyon 645 min manat və ya 3,7% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 111 milyon 271 min manat, biznes kreditləri portfeli 67 milyon 536 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 64 milyon 831 min manat təşkil edib. 

Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 11 milyon 806 min manat və ya 11,9% artıb, 10 milyon 997 min manat və ya 14% azalıb, 7 milyon 836 min manat və ya 13,7% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram