VTB (Azərbaycan) müştərilərə kredit həyat sığortası təklif edir | Banco.az

VTB (Azərbaycan) müştərilərə kredit həyat sığortası təklif edir

Bank VTB (Azərbaycan)-ın müştəriləri artıq nağd pul krediti üçün müraciət edərkən kredit həyat sığortası əldə edə biləcəklər. Sığorta kreditin şərtlərinə və ümumi dəyərinə təsir göstərmir.

Nağd kredit bankın pərakəndə müştərilərinə 300 manatdan 50 min manatadək illik 10,49%-dən 59 ayadək təklif olunur. 2024-cü ilin ikinci rübünün sonuna VTB-nin pərakəndə kredit portfeli 89 milyon manatı ötüb.

Ən sərfəli kredit üçün müraciət et

“Kredit həyat sığortası müştərini gözlənilməz hallar - borcalanın vəfat etməsi və ya bədbəxt hadisə nəticəsində əlilliyinin yaranması hallarında borcun sığorta şirkəti tərəfindən ödənilməsini təmin edəcək. Eyni zamanda, həyat sığortası məhsulunu əldə edib-etməməyi müştəri özü seçir və bu, kreditin verilməsi ilə bağlı yekun qərara təsir göstərmir”, - deyə VTB (Azərbaycan)-ın pərakəndə biznesin inkişafı departamentinin direktoru, idarə heyətinin üzvü Yevgeni Borodin şərh edib.

Ən sərfəli krediti almaq üçün müraciət et