VTB (Azərbaycan)-ın məcmu kapitalı I rübdə 93,3 milyon manata yüksəlib | Banco.az

VTB (Azərbaycan)-ın məcmu kapitalı I rübdə 93,3 milyon manata yüksəlib

31 mart 2024-cü il tarixinə Bank VTB (Azərbaycan)-nın xalis mənfəəti 2,202 milyon manat, aktivləri isə 243,399 milyon manat təşkil edib.

VTB-nin kredit portfeli 2023-cü ilin birinci rübü ilə müqayisədə 18% artıb. Həmçinin pərakəndə kreditləşməsində də 14% artım qeydə alınıb, biznes kreditləri isə 20,5%, ipoteka kreditləşməsinin artımı 21% təşkil edib.

2024-cü ilin birinci rübünün sonunda məcmu kapitalın adekvatlığı əmsalı 38,26 (norma 12), I dərəcəli kapitalın adekvatlığı isə 36,58 (norma 6) təşkil etmişdir. Leverec əmsalı 32,72% (norma 5%) təşkil edib.

Bankın kapitalı 93,352 milyon manat olmaqla, illik ifadədə 2,5% artmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankının minimum tələblərini 87% üstələyib.

VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, https://vtb.az rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et