Volvo zirehli avtomobilini nümayiş etdirdi - VİDEO | Banco.az

Volvo zirehli avtomobilini nümayiş etdirdi - VİDEO

İsveç avtomobil nəhəngi rəsmi olaraq “Scarabee” adlı zirehli avtomobilini təqdim etdi.

Mühəndislər nəqliyyat vasitəsinin yanakı hərəkət etməsinə nail ola biliblər. Nəqliyyat vasitəsinin unikal görünüşü hərbi texnikaya xas aqressiv xüsusiyyətləri ilə ifadə olunur. Yaradıcılar 6,6 tondan çox ümumi çəkisinə baxmayaraq, böyük zirehli modeli maksimum manevrli etməyə çalışıblar. “Scarabee”nin yeniliyi gücü açıqlanmayan dizel və elektrik mühərriki ilə hərəkətə gətirilir.

Ən sərfəli kredit üçün müraciət et

Avtomobilin maksimal hərəkət sürəti saatda 120 km təşkil edir. Bundan başqa, yenilik, həmçinin, bu texnikanı pilotsuz idarə etməyə imkan verən funksiyalar əldə edib.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et