"Volvo" ən böyük zavodlarından birində istehsalı dayandırdı | Banco.az

"Volvo" ən böyük zavodlarından birində istehsalı dayandırdı

Müəllif Aida İsaq, Banco.az

"Volvo" şirkəti İsveçdəki əsas zavodu olan "Torslanda Works"də istehsalı bir həftəlik dayandırıb. Banco.az xəbər verir ki, istehsalın dayanma səbəbi olaraq çiplərin olmaması bildirilib.

"Volvo"nun sözçüsü Merhawit Habte jurnalistlərə "Yarımkeçiricilərin çatışmazlığı səbəbindən bunu etməli olduq" deyə açıqlama verib. Tələb artdıqca və çatışmazlıqlar davam etdikcə çip çatışmazlığı şirkətin pandemiyadan sonrakı istehsalına öz təsirini göstərib.

Şirkətin ən böyük zavodlardan birində istehsalın dayanma müddətinin nə qədər davam etməsi ilə bağlı məlumat verilmir. 

Qeyd edək ki, çip çatışmazlığı digər avtomobil nəhəngi Yaponiyanın Toyota şirkətinə də təsirsiz ötüşmədi. Oktyabrın sonunda şirkət etiraf etdi ki, 2023-cü ilin martında başa çatacaq cari maliyyə ili üçün ən azı 9,7 milyon avtomobil istehsal etmək planları bu qlobal problemə görə yarımçıq qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram