"Volta Trucks" iflas elan edəcək | Banco.az

"Volta Trucks" iflas elan edəcək

Müəllif: Mehin Qasımova/Banco.az

İsveçə məxsus elektrik yük maşını istehsalçısı "Volta Trucks" iflas elan edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, batareya təchizatı ilə bağlı qeyri-müəyyənliklər şirkətin kifayət qədər kapitala çıxışını çətinləşdirdikdən sonra "Volta Trucks" rəhbərliyi iflas elan etmək üçün lazımi addımları atmağa qərar verib.

Şirkətdən verilən açıqlamaya görə, Volta Trucks-ın akkumulyator təchizatçısı Proterra-nın iflas üçün müraciət etməsi şirkətin istehsal planlarına mənfi təsir edib və istehsalda nəzərdə tutulan həcmlərə çatmaq mümkün olmayıb.

Elektrik yük maşınları istehsal edən şirkətin 600-ü Böyük Britaniyada olmaqla təxminən 850 işçisi var.

Qrupun əsas ticarət qurumu olan "Volta Trucks Limited" də tezliklə Böyük Britaniyada müflis olmaq üçün müraciət edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram