Müəllif:Ayşən İmanova/Banco.az
Alman avtomobil istehsalçısı “Volkswagen” 2024-cü ildə avtomobil satışlarının 2,3% azaldığını açıqlayıb.
Banco.az xəbər verir ki, “Skoda”, “Seat”, “Audi”, “Bentley”, “Lamborghini” və “Porsche” minik avtomobilləri, həmçinin MAN və “Scania” yük maşınları da daxil olmaqla qrupun ümumi satışları bir il əvvəlki 9,24 milyona qarşı 9,03 milyon ədəd təşkil edib.
Qərbi Avropaya illik tədarüklər 0,4% azalaraq 3,3 milyon, Mərkəzi və Şərqi Avropaya isə 1,7% artaraq 512 min ədəd təşkil edib. Şimali Amerika satışları illik müqayisədə 6,4% artaraq 1,06 milyona çatıb.
Ən güclü artım Cənubi Amerikada (14,7%) qeydə alınıb. Burada 594,3 min avtomobil satılıb.
Asiya-Sakit Okean regionunda əvvəlki illə müqayisədə 10,3% azalaraq 3,2 milyon avtomobil satılıb. Şirkət bunu satışların 9,5% azaldığı Çində yüksək rəqabətlə izah edir.
Eyni zamanda, elektrikli avtomobillərin (BEV) satışları 3,4% azalaraq 744,8 minə düşüb.