Almaniyanın avtomobil istehsalçısı Volkswagen (VW) və ABŞ-ın avtomobil istehsalçısı "Ford Motor"un kommersiya avtomobilləri üzrə tərəfdaşlıq edəcəyi bildirilir.
Ford və VW-nin bu tərəfdaşlığı, böyük ehtimalla, elektrik və avtomatik sürüş texnologiyasının birgə inkişaf etdirilməsi şəklində böyüdəcəyi gözlənilir. Şirkətlər beləliklə, milyardlarla dollar qənaət edəcəklər.
VW-nin İcraçı direktoru Herbert Diess dünən jurnalistlərə verdiyi açıqlamada, Ford və VW-nin tərəfdaşlıqlarını Detroyt avtomobil sərgisində açıqlayacaqlarını bildirib.
Son aylarda furqon və digər kommer seqmentlərində iş birliyini müzakirə edən Ford və VW, danışıqların son vəziyyətini elan etmək üçün Bakı vaxtı ilə saat 16.30-da birgə mətbuat konfransı keçirəcəkdir.
Marja