Volkswagen Türkiyəyə sərmayə yatırmaq planını təxirə saldı | Banco.az

Volkswagen Türkiyəyə sərmayə yatırmaq planını təxirə saldı

Almaniyanın "Volkswagen AG" şirkəti Türkiyəyə sərmayə yatırmaq planını təxirə salıb.

"Volkswagen"in, Türkiyənin Suriyanın şimal-şərqindəki hərbi əməliyyatı səbəbilə Manisadakı sərmayə planını təxirə saldığı bildirilir. 

VW tərəfindən verilən açıqlamada avtomobil istehsalçısının vəziyyəti yaxından və narahatlıqla izlədiyi qeyd edilib. 

"Volkswagen"in bu dövrdə Türkiyəyə sərmayə yatırmasının şirkətin imicini zədələyə biləcəyindən narahat olduğu qeyd edilir. 

"Volkswagen" Manisada avtomobil zavodunu qurmağı planlaşdırır.

Marja