“Volkswagen” minlərlə əməkdaşını ixtisar edəcək | Banco.az

“Volkswagen” minlərlə əməkdaşını ixtisar edəcək

Müəllif:Mehin Qasımova /Banco.az

Alman avtomobil nəhəngi "Volkswagen" minlərlə personalını ixtisar etməyə hazırlaşır.

Banco.az xəbər verir ki,bu barədə Reuters məlumat yayıb.

"Volkswagen" avtomobillərinin yüksək xərclər və aşağı məhsuldarlıq səbəbiylə rəqabət qabiliyyətini itirdiyi bildirib.

Ona görə də şirkət kadr ixtisarlarını həyata keçirəcəyini açıqlayıb. İşçilərinin bağlı olduğu həmkarlar ittifaqları ilə danışıqlar apardığını açıqlayan şirkət  kifayət qədər mənfəətin olmadığını qeyd edib.

Şirkətin prezidenti Tomas Şefer həmkarlar ittifaqı nümayəndələri ilə görüşündə deyib ki, biz avtomobillərimizdən elektriklə işləyən avtomobillərə keçidi müstəqil şəkildə maliyyələşdirmək üçün kifayət qədər qazanc əldə etmirik:

“İnzibati xərclərimiz çox yüksəkdir. Fabriklərimiz kifayət qədər səmərəli deyil və xərclərimiz rəqabət mühitindən xeyli yüksəkdir. Strukturumuza, proseslərimizə və yüksək xərclərimizə görə biz artıq "Volkswagen" markası olaraq rəqabət apara bilmirik".

Ən sərfəli kredit üçün müraciət et

VW-nin insan resursları idarə heyətinin üzvü Qunnar Kilian bildirib ki, işçilərin ixtisarı qismən və ya erkən pensiya müqavilələri vasitəsilə həyata keçiriləcək. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et