Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" satışların azalması səbəbindən yaxın üç il ərzində Çindəki fabriklərdə iş yerlərini ixtisar edəcək.
Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb .
Məlumata görə, satışların azalması şirkət üçün ciddi xərclərə səbəb olub və bu cür tədbirlərlə xərcləri azaltmağa çalışır.
Qeyd edilib ki, Çində iş yerlərinin ixtisar edilməsi strategiyaya uyğun gəlir, bu strategiya çərçivəsində konsernin rəhbərliyi 2026-cı ilə qədər qlobal xərcləri 20% azaltmağı qarşısına məqsəd qoyub.
Volkswagen-in Çin bölməsində iş yerlərinin ixtisarı “mərhələ-mərhələ” baş verəcək.
Agentliyin hesablamalarına görə, Çində “Volkswagen” satışlarının azalmasının səbəbləri ölkədə istehlakçı tələbatının ümumi azalması, eləcə də yerli rəqiblərin, o cümlədən BYD konserninin istehsal etdiyi elektromobillərin populyarlığının artması olub.
Qeyd edək ki, başqa bir alman avtomobil istehsalçısı "Audi" də Çindəki zavodlarında işçilərin ixtisarına əl atmaq niyyətindədir.
Bizi sosial şəbəkələrdən izləyin!!