Müəllif:Mehin Qasımova/Banco.az
Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" fermerlərin tətilləri səbəbindən işini dayandırıb.
Banco.az xəbər verir ki, bu barədə ölkənin “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, etirazçılar yolları traktorlarla bağlayıblar və bu səbəbdən işçilər iş yerlərinə gedə bilməyiblər.
Berlində onlarla traktordan ibarət kolon Brandenburq qapısına aparan əsas prospekti bağlayıb.
Fermerlər hökumətin kənd təsərrüfatına subsidiyaları mərhələli şəkildə dayandırmaq planlarına etiraz edirlər.
Faydalar fermerlərə ildə təxminən 900 milyon avro (980 milyon ABŞ dolları) qənaət etməyə imkan verir və subsidiyalardan imtina kütləvi iflaslara səbəb olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!