Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünyanın ən böyük avtomobil brendlərindən biri olan “Volkswagen” Çinin elektromobil istehsalçısı “XPeng”ə 700 milyon dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.
Banco.az xəbər verir ki, alman avtomobil nəhəngindən Çin bazarına iki böyük investisiya qərarı elan olunub.
Çinin elektromobil istehsalçısı “Xpeng” şirkətinə təxminən 700 milyon dollar investisiya yatıracağını açıqlayan “Volkswagen Group” bu investisiya ilə şirkətin səhmlərinin 4,99 faizini alacağını bildirib. Sözügedən müqavilə ilə VW Çin avtomobil bazarındakı bazar payını artırmağı hədəfləyir.
Qeyd edək ki, alman avtomobil istehsalçısı “XPeng” şirkəti ilə əməkdaşlıq çərçivəsində Çində satışa çıxarılacaq iki müxtəlif elektrik avtomobil modeli istehsal etməyi planlaşdırır. Modellərin istehsalına 2026-cı ildə başlanacağı gözlənilir.
“Volkswagen Group”dan edilən digər bir açıqlamaya görə isə şirkət in bazarı üçün dəbdəbəli elektrik avtomobilləri istehsal etmək üçün “Audi” markasının çinli avtomobil şirkəti “SAIC” ilə tərəfdaşlığını genişləndirdiyi məlum olub.
Bizi sosial şəbəkələrdən izləyin!!