Müəllif:Ayşən İmanova/Banco.az
“Volkswagen” Çinin Sincan-Uyğur bölgəsində yerləşən şirkətdəki payını Şanxaydan olan dövlət şirkətinə satacaq.
Banco.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Bu addım, insan haqları qruplarının düşərgələrdə kütləvi məcburi əmək daxil olmaqla, sui-istifadə hallarını sənədləşdirdiyi regiondan çıxmaq üçün VW-nin illərlə artan investor təzyiqinə son qoyacaq. Pekin bu kimi pozuntuları rədd edir”, — nəşr qeyd edib.
Əməliyyatın məbləği açıqlanmır.
Əvvəllər zavodda “Volkswagen Santana” avtomobilləri yığılırdı. Müqavilə çərçivəsində Turfan (Sincan) və Şanxaydakı sınaq meydançaları alıcı SMVIC-in nəzarətinə keçəcək. Bundan sonra “Volkswagen” Sincandakı mövcudluğunu dayandıracaq.