Müəllif: Tamara Mustafayeva, Banco.az
Alman avtomobil istehsalçısı “Volkswagen” Almaniyadakı ən azı üç fabrikini bağlamağı planlaşdırır.
Banco.az xəbər verir ki, “Volkswagen” işçilərini təmsil edən “Volkswagen” İşçi Şurasının prezidenti Daniela Kavallo alman avtomobil istehsalçısının baş qərargahının yerləşdiyi Volfsburqda işçilər üçün keçirilən məlumat tədbirində çıxış edib.
Onun sözlərinə görə, Direktorlar Şurası Almaniyada ən azı üç “Volkswagen” fabrikini bağlamaq istəyir.
“Volkswagen”in ölkədəki digər obyektlərinin də kiçiləcəyinə işarə edən Kavallo şirkətin İdarə Heyətinin işçi ixtisarlarını da planlaşdırdığını bildirib.
Almaniya hökumətinin təcili olaraq alman sənayesi üçün master plan hazırlamalı olduğunu vurğulayan Kavallo bu yolla sənayenin geriləməsinin dayandırılacağını bildirib.
Xatırladaq ki, “Volkswagen” 2024-cü ilin sentyabr ayının əvvəlində qənaət və xərclərin azaldılması tədbirlərinin bir hissəsi olaraq tarixində ilk dəfə Almaniyadakı fabriklərini bağlayacağını açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!