“Volkswagen” avtomobillərinin bəzi sahiblərinə təzminat ödəyə bilər | Banco.az

“Volkswagen” avtomobillərinin bəzi sahiblərinə təzminat ödəyə bilər

Almaniyanın avtomobil nəhəngi “Volkswagen” şirkəti Niderlanddakı müştərilərinin bir qisminə adambaşına 3 min avro təzminat ödəməlidir.

Bu barədə paytaxt Amsterdamdakı yerli məhkəmə qərar qəbul edib.

Qərara əsasən, söhbət qaz emissiyasının nəticələrini saxtalaşdıran proqram təminatı ilə təchiz olunmuş dizel mühərrikli avtomobillərin sahiblərindən gedir. Bunlar əsasən, 2-ci əl "Volkswagen", "Seat" və "Škoda" markalı avtomobillərdir.

“Volkswagen” məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Xatırladaq ki, Almaniya şirkəti bundan əvvəl qaz emissiyası qalmaqalına görə ABŞ-dakı istehlakçılara 15 milyard dollar cərimə ödəməyi qəbul edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram