Volkswagen 2019-un ilk yarısına dair maliyyə nəticələrini elan edib | Banco.az

Volkswagen 2019-un ilk yarısına dair maliyyə nəticələrini elan edib

Şirkət, ilin ilk 6 ayında 2018-in eyni dövrü ilə müqayisədə vergidən əvvəlki mənfəətini 6,5 faiz artıraraq 9,6 milyard avroya qaldırıb.

Tərkibində VolkswagenAudiBugatti, SeatSkoda və Porsche markaları olan və mərkəzi Wolfsburgda yerləşən Volkswagen Qrupu, ilin ilk yarısına dair maliyyə nəticələrini elan edib.

Almaniyanın avtomobil istehsalçısı Volkswagen Qrupu, 2019-cu ilin ilk yarısında 2018-in eyni dövrü ilə müqayisədə 4,9 faiz artımla 125,2 milyard avro gəlir əldə edib. İlk 6 ayda şirkətin vergidən əvvəlki mənfəəti isə 6,5 faiz artımla 9,6 milyard avro təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Volkswagen Qrupu ötən ilin ilk 6 ayında 119,4 milyard avro gəlir əldə etmişdi. 

Qlobal avtomobil sektorundakı çətin şəraitə görə Volkswagen-in satışları ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalaraq 5,4 milyon avtomobilə düşüb. Avtomobil satışının azalmasına qarşı gəlir və mənfəətin artması diqqəti çəkir. 

İdman avtomobillərə olan tələbatın artması və dizel qalmaqalı üçün daha az vəsaitin ayrılması şirkətin maliyyə göstəricilərinə müsbət təsir edib.

Almaniya şirkəti bu il gəlirlərinin 5 faiz artacağını gözləyir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et