Müəllif: Fərid İslamov/Banco.az
Britaniyanın mobil operatoru Vodafone xərcləri azaltmaq və strukturunu optimallaşdırmaq planı çərçivəsində Almaniyada 2 minə yaxın insanı ixtisar etməyi və ya köçürməyi planlaşdırır.
Vodafone Almaniyada hal-hazırda təxminən 15 min işçi çalışır. Beləliklə, restrukturizasiya işçi qüvvəsinin təxminən 13%-nə təsir edəcək. Bu tədbirlər, eləcə də əməliyyat və maddi xərclərin azaldılması üzrə tədbirlər şirkətə növbəti iki il ərzində 400 milyon avro qənaət etməyə imkan verəcək.
Strukturun dəyişdirilməsinin səbəblərindən biri də gələcəkdə daha çox əməliyyatların daha yüksək avtomatlaşdırma dərəcəsi ilə həyata keçirilməsidir. Martın sonunda vəzifəsini tərk edən baş icraçı Philip Rogge işçilərə bildirib ki, Vodafone Almaniyada digər telekommunikasiya operatorlarının ələ keçirilməsindən sonra köhnəlmiş və ya təkrarlanan sistemlər də var.
Son 12 ayda Vodafone-un kapitallaşması 23%-dən çox azalıb, FTSE 100 indeksi isə 5,9% dəyər qazanıb.