“Visa” və “Stripe” “Bankoff” kartlarına xidməti dayandırıblar | Banco.az

“Visa” və “Stripe” “Bankoff” kartlarına xidməti dayandırıblar

“Visa” və “Stripe” ödəniş sistemləri “Bankoff” virtual kartlarına xidmətin dayandırıldığını elan ediblər.

Xidmətin istifadəçiləri bu barədə elektron poçtlarına gələn xəbərdarlıqdan öyrəniblər.

Xidmətin dayandırılmasına səbəb Rusiyadan aktiv istifadəçi və tranzaksiyaların sayının çox olması göstərilib. Hazırda “Bankoff” kartları heç bir köçürmə üçün dəstəklənmir və müştəri vəsaitləri ABŞ hesablarında dondurulur.

“Bu gün biz “Visa” və “Stripe”dən Rusiyadan çox sayda aktiv istifadəçi və əməliyyatlar səbəbindən “Bankoff” kartlarına xidmətin dayandırıldığını bildirən elektron məktub aldıq. Bu o deməkdir ki, sistemimizdəki kartlarınız artıq heç bir oflayn və onlayn ödənişlər üçün dəstəklənmir” – “Bankoff”un xəbərdarlığında bildirilir.
Şirkətdən qeyd edilib ki, hazırda problemin həlli üçün işlər aparılır.

Qeyd edək ki, “Visa” və “Mastercard” Rusiyada fəaliyyəti dayandırıldıqdan sonra, “Bankoff” virtual kartları rusiyalılar arasında populyarlaşıb. Kartlar xaricdə ödənişlər etmək üçün istifadə olunurdu.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Bankoff”, Azərbaycandan olan iş adamları tərəfindən təsis edilən, Estoniya və ABŞ-da qeydiyyatdan keçən startapdır.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram