Visa və MasterCard kartları arasında fərqləri bilirsinizmi? | Banco.az

Visa və MasterCard kartları arasında fərqləri bilirsinizmi?

Xarici ölkələrdə səyahətdə olarkən nağd pul əvəzinə bank kartlarının istifadəsi daha yaxşıdır. Bank kartının istifadəsinin müsbət cəhədləri: nağd pulların daşımasına və gömrükdə deklarasiyaların doldurulmasına ehtiyac qalmır, məhsul və ya xidmət ödənişləri daha asan olur və s. Beləliklə, kart hamıya lazımdır. Lakin, hansı kart? 

"Visa - Amerika ödəniş sistemidir, MasterCard isə Avropanın" ifadəsi heçdə tam olaraq düzgün deyil. Ödəniş sistemlərinin ikisi də çoxdan beynəlxalq sistemlərinə çevriliblər. Ən azından bu ödəniş sistemlərinin adlarından bunu görmək olar: Visa International Service Association və MasterCard Worldwide.

Əsas məqam isə tamam başqadır

Visa ödəniş sistemi üçün əsas valuta ABŞ dollarıdır. Bu o dəməkdir ki, valyuta konversiya ilə bağlı bütün əməliyyatlar dollardan keçəcək. MasterCard ödəniş sistemi üçün əsas valyuta həm ABŞ dolları həm də avro ola bilər. Bu çox vacib xüsusiyyətdir! Yəni əməliyyatlar həm dollardan həm də avrodan keçə bilər. Bəs bu iki kart arasında Azərbaycan istifadəçisi üçün hansı daha sərfəlidir?

Azərbaycan bankı tərədindən buraxılmış kartların misalında bir neçə situasiyaya nəzər salaq:

      Sizin hesabınız manatdadır. Siz Almaniyadasınız. Alış-veriş avroda aparılır.
Visa: AZN > USD > EUR
MasterCard: AZN > EUR
MasterCard daha sərfəlidir - cəmi bir konversiya

      Hesabınız avrodadır. Siz Parisdəsiniz. Alış-veriş avroda aparılır.
Visa: EUR > USD > EUR
MasterCard: EUR
Aydın görsənir ki, MasterCard daha sərfəlidir - konversiya yoxdur. Visa kartı ilə isə ikiqat konversiya aparılır: bir konversiya ödəniş sistemi tərəfindən, ikinci isə bankınız tərəfindən.

      Hesabınız dollardadır. Siz ABŞdasınız. Alış-veriş ABŞ dolları ilə aparılır.
Visa: USD
MasterCard: USD > EUR > USD
Visa-da konversiya yoxdur, MasterCard-da isə ikiqat konversiyaya görə siz pul itirəcəksiniz.

      Hesabınız manatdadır. Siz İsveçdəsiniz. Alış-veriş İsveş kronası ilə aparılır (İsveş Avro zona daxil deyil).
Visa: AZN > USD > EUR > SEK və ya AZN > USD > SEK
MasterCard: AZN > EUR > SEK
MasterCard ilə ikiqat konversiya. Lakin, Visa kartı ilə konversiyaların sayı iki və ya hətta üç olar bilər! Avropada əməliyyatların əksəriyyəti avrodan keçir. Ona görə üçqat konversiyanın ehtimalı böyükdür.

Nəticə:
Avropada MasterCard-dan istifadə daha sərfəlidir.
ABŞ-da Visa.
Azərbaycanda isə heç bir fərqi yoxdur.

Ən sərfəli kredit üçün müraciət et