Visa rəqəmsal texnologiyalar dövrünün inqilabi məhsullarını təqdim etdi | Banco.az

Visa rəqəmsal texnologiyalar dövrünün inqilabi məhsullarını təqdim etdi

Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (ingiliscə ixtisarı CEMEA) regionunu əhatə edən illik Visa Payments Forum tədbirində innovativ ödəmə texnologiyaları təqdim olundu.

  • Yeni məhsullar rəqəmsal eyniləşdirməni, rəvan onlayn ödənişləri, çevik ödəmələri, mikrosahibkarlar tərəfindən elektron ödənişlərin qəbulunu və hesabdan hesaba daha sürətli və “ağıllı” ödəmələri dəstəkləyir.
  • Bundan əlavə, yeni təqdim olunan “xidmət qismində ödənişlər” (payments-as-a-service) tipli Visa Pay platforması istehlakçılara üstün-keyfiyyətli, mobil tətbiqlərə köklənmiş rəqəmsal ödəmələr və qarşılıqlı uyğunluqlu pul köçürmələri təcrübəsini təmin edir.

Bakı, 29 may 2024 — Bu gün Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika regionunu əhatə edən illik Visa Payments Forum (“Visa Ödəmələr Forumu”) tədbirində Visa ödəmə kartlarına inqilabi dəyişikliklər gətirən və regionun istehlakçılar, sahibkarların və onlara xidmət göstərən maliyyə müəssisələrinin ehtiyaclarını qarşılayan yeni məhsul və xidmətləri təqdim etdi. Son beş ildə ödəmələrin icrası və qəbulu üsulları əvvəlki 50 illə müqayisədə daha çox dəyişib. Hazırda ən müasir texnologiyalar elektron ticarət, canlı alış-verişlər və qırıntısız pul köçürmələri kimi istiqamətlərdə ticarəti və pul hərəkətini transformasiya edərək yeni təcrübə yaradırlar.

Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika regionunda rəqəmsal ödəmələrin artımı sıçrayışla sürətlənir. Bununla yanaşı, istehlakçıların və sahibkarların həm canlı, həm də onlayn mühiti üçün ödəmə və vəsait qəbulu tərcihləri dəyişir, – deyərək Visa-nın CEMEA regional vitse-prezidenti Əndryu Torre /Andrew Torre/ şərh verdi. – Biz, ticarətin gələcəyini formalaşdırmağa davam edərək, istehlakçıları, sahibkarları, müştəriləri və tərəfdaşları dəstəkləmək məqsədilə rəqəmsal dövrlə ayaqlaşan yeni nəsil ödəmə təcrübəsini məmnuniyyətlə təqdim edirik. Bu gün biz ödəmə kartlarının yeni funksiyalarını və innovativ ödəmə texnologiyalarını istifadəyə veririk və bununla da istehlakçı və ticarətçilərə daha fərdiləşmiş, rahat, təhlükəsiz və inklyuziv gələcək təmin edirik.

Visa rəqəmsal eyniləşmə, qırıntısız onlayn ödəmələr, çevik ödənişlər, mikrosahibkarlar üçün elektron ödənişlərin qəbulu və hesabdan hesaba edilən ödəmələrin mühafizəsini təmin edən xidmətləri dəstəkləyən yeni innovativ həllər paketini təqdim etdi. Bundan əlavə, şirkət məxsusi olaraq Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) regionu üçün hazırlanmış “xidmət qismində ödəmələr” (payments-as-a-service) formatında yeni Visa Pay platformasını təqdim etdi. Bu platforma üstün-keyfiyyətli, mobil tətbiqlərə köklənmiş rəqəmsal ödəmələr və qarşılıqlı uyğunluqlu təcrübəsini təmin edir.

Visa Pay platformasına inteqrasiya edilmiş sistemlər arasında rəqəmsal emissiya, ödəmə tapşırıqlarının göndərilməsi, bir toxunuşla ödəmə (tap-to-pay), dələduzluğun önlənməsi və risklərin idarə edilməsi, tokenləşmə, elektron pulqabları və emitent tərəfindən tərəfdaş vasitəsilə ödənişlərin emalı yer alır.

Bu gün təqdim olunmuş və il ərzində istifadəyə veriləcək yeni məhsul və xidmətlər aşağıdakılardır:

Visa Flexible Credential (“Visa çevik qeydiyyat məlumatı”)

Visa Flexible Credential adlı çevik qeydiyyat məlumatları texnologiyası bir kart məhsuluna müxtəlif ödəmə üsulları arasında rahat keçid edərək istehlakçılara seçim hüququ verir. Kart sahibləri parametrləri asan sazlaya, eləcə də debit kartı, kredit vəsaiti, taksitlə ödəmə, bonus balları və hətta fərqli valyutada ödəniş arasında seçim edə bilərlər. Visa Flexible Credential sistemi yaxın aylarda CEMEA regionunda əlçatan olacaq

Mikrosahibkarlar tərəfindən elektron ödənişlərin qəbulu

Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika regionunda fəaliyyət göstərən 120 milyona yaxın rəsmi və qeyri-rəsmi mikrosahibkar hələ də rəqəmsal ödənişləri qəbul etmir. Buna cavab olaraq, Visa fiziki və virtual kartlar üçün elektron ödəmələrin yeni üsullarını işləyib hazırlayır. Bu ildən etibarən bütün sahibkarlara mobil cihazlarda ödəmələrin icrası və qəbulu üçün aşağıdakı yeni vasitələr açıq olacaq:  

  • USSD texnologiyası ilə ödəyici təşəbbüsü ilə ödənişlər: istənilən funksionala malik telefonlar vasitəsilə rəqəmsal ödəmələr;
  • Mikrosahibkarlar tərəfindən elektron ödənişlərin qəbulu: smartfon vasitəsilə alıcıdan satıcıya pul köçürmələri;
  • Tap to Phone: istənilən cihazın ödəniş terminalına çevrilməsi və kart, yaxud rəqəmsal hesaba bağlı olan cihaz vasitəsilə  bir toxunuşla ödəmələr.   

Visa Payment Passkey Service (“Visa ödəmə açarı xidməti”)

Ən sərfəli kredit üçün müraciət et

Rəqəmsal mühitdə şəxsin eyniləşdirməsi xeyli mürəkkəbləşib, bu da dələduzluğun əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır. Hazırda onlayn ödəmələrdə dələduzluq fərdi ödənişlərlə müqayisədə 7 dəfə çox yayılıb.

Ən müasir eyniləşdirmə standartı Fast Identity Online (FIDO) əsasında yaradılmış Visa Payment Passkey aləti istehlakçının biometrik məlumatlarının (üzün və ya barmaq izinin) sürətli skanı vasitəsilə onun şəxsiyyətini təsdiq edib onlyan ödəməyə icazə verir. Beləliklə, internetdə alış-veriş zamanı şifrələri və ya birdəfəlik kodları əvəz edərək, “Visa ödəmə açarı” ödənişləri daha rahat və təhlükəsiz edir. 

Visa Payment Passkey ödəmə prosesini dayandırmadan şəxsiyyəti təsdiq edir və təhlükəsizliyi artırmaqla yanaşı dünyada istənilən cihazdan və ya saytdan ödəmələrə rəvac verir

Click to Pay (“Ödəmək üçün kliklə”)

Geniş miqyasda daha rəvan və təhlükəsiz ödəmələri təmin etmək üçün Click to Pay xidmətini təqdim edir. İstehlakçılara onlayn ödəməni yerinə yetirmək üçün yalnız elektron poçt, telefon nömrəsi və ya Visa Payment Passkey aləti tələb olunacaq. Bundan əlavə, Visa müxtəif bazarlarda çoxsaylı emitentlərlə əməkdaşlıqda Click to PayVisa Payment Passkey Service funksiyalarını yeni Visa kartlarına inteqrasiya etdirir. Nəticədə, kartdan istifadə başlayandan andan o, rəqəmsal ödənişlərə tam hazırdır və kartın məlumatlarını və şifrələri əlavə olaraq daxil etmək ehtiyacı qalmır. Click to Pay funksiyası artıq CEMEA regionunda istifadəyə verilib.

Hesabdan hesaba (A2A) ödənişlər üçün Visa Protect  

Hər il Visa 200 milyarddan çox əməliyyat emal edir və real zaman rejimində dələduzluğun qarşısını almaq üçün hər əməliyyat tərkibində 500 verilənlər elementini təhlil edir. Dünya boyu real zaman (Real-Time Payments, ingiliscə ixtisarı RTP) rejimində ödəmə şəbəkələri ilə işləyərək, biz RTP şəbəkələrində hesabdan hesaba ödəmələr zamanı dələduzluğun qarşısını almaq məqsədilə Visa-nın süni intellekt sahəsində çoxillik təcrübəsindən yararlanırıq. Hesabdan hesaba ödəmələr zamanı Visa Protect artıq Böyük Britaniya və Latın Amerikasının maliyyə müəssisələri tərəfindən aşkar edilməmiş dələduzluq hallarının 60%-ini müəyyən edir. Hesabdan hesaba ödənişlər üçün Visa Protect aləti CEMEA regionunda üzümüzə gələn yaxın aylarda istifadə veriləcək.

Visa Pay

Visa Pay “xidmət kimi ödəmələr” (payments-as-a-service) tipli platformadır ki, banklara istehlakçıların və sahibkarların rəqəmsal ehtiyaclarını öncəgörərək onlar üçün mobil bank tətbiqləri vasitəsilə yeni rəqəmsal xidmətləri cəld təqdim etməyə imkan verir. Visa Pay platformasına inteqrasiya edilmiş sistemlər arasında rəqəmsal emissiya, ödəmə tapşırıqlarının göndərilməsi, bir toxunuşla ödəmə (tap-to-pay), dələduzluğun önlənməsi və risklərin idarə edilməsi, tokenləşmə, elektron pulqabları və emitent tərəfindən tərəfdaş vasitəsilə ödənişlərin emalı yer alır.

Visa Pay köməyi ilə banklar mövcud mobil tətbiqləri təkmilləşdirə bilərlər. İstehlakçılar üstün-keyfiyyətli, mobil tətbiqlərə köklənmiş rəqəmsal ödəmələr və qarşılıqlı uyğunluqlu pul köçürmələri təcrübəsi ilə yanaşı gücləndirilmiş təhlükəsizlik və fırıldaqçılıq risklərinin azaldılması imkanı qazanırlar. Visa Pay platforması CEMEA regionunda yaxın aylarda təqdim olunacaq.

Visa haqqında məlumat

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla Visa.com.az saytında tanış ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et