Şərqi Avropa, Mərkəzi Asiya və Cənub-Şərqi Avropa ərazisi üzrə 17 ölkədə "Visa" əməliyyatlarına rəhbərlik edən Vira Platonovanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub. Görüşün əsas mövzusu ölkədə nağdsız hesablaşmaların inkişafı, müasir ödəniş həllərinin tətbiqi və bu kontekstdə "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası istiqamətində birgə mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub.
Görüş zamanı Dövlət Proqramında nəzərdə tutulmuş strateji hədəflərin reallaşdırılması üzrə növbəti dövr üçün qarşılıqlı mümkün fəaliyyət istiqamətləri müzakirə edilib və nəqliyyat sektorunda, təhsil müəssisələrində müasir nağdsız ödəniş imkanlarının yaradılması, əhalinin maliyyə savadlılığının artırılması kimi sahələrdə birgə əməkdaşlıq barədə razılığa gəlinib. Görüşdə bu il "Visa" beynəlxalq kart təşkilatı tərəfindən regionlarda stimullaşdırıcı kampaniyaların keçirilməsi imkanları da müzakirə edilib.
Vergiler.az