Tarixi nişanənin təkamülü Visa-nın etibar qazanmış qlobal şəbəkəsinin gücünü vurğulayır, müasir pul hərəkətlərini təmin edir və iqtisadi əlçatanlığı genişləndirir
SAN-FRANSISKO (Kaliforniya, ABŞ) – 22 iyul 2021 – Dünyanı “Visa ilə tanış ol”mağa dəvət edən qlobal ödəmə texnologiyaları şirkəti bu gün gələcək brend təkamülünün ilkin mərhələsini təqdim edərək öz şəbəkəsinin çoxsaylı imkanlarını və qlobal iqtisadi inklyuzivliyi təmin etmək əzmini bir daha vurğulayır. Şirkətin ümumi biznes strategiyası ilə yaxından uzlaşan Visa-nın cari inkişaf mərhələsi dinamik qlobal marketinq kampaniyasının başlanğıcını və əfsanəvi Visa brendinin müasirləşdirilmiş görünüşünün təqdimatını əhatə edəcək.
60 il öncə, Visa təsis olunduğu dönəmdə, dünyanı nağd pul və bank çekləri olmadan təsəvvür etmək çətin idi. Daha təhlükəsiz, etibarlı və rahat rəqəmsal valyuta yaratmaq iddiasını ortalığa qoymaq üçün Visa sadə sualdan başladı: pul tamamən elektronlaşsa, nə olar? Bu gün Visa rəqəmsal ticarətin gələcəyini öncəgörməyə davam edir və özünün təhlükəsiz qlobal şəbəkəsi vasitəsilə hamı üçün və hər yerdə nağdsız gələcəyi yaxınlaşdırır.
“İnsanlar Visa-nı tanıdığını zənn edirlər. İstehlakçılar pul kisələrini açanda, ödənişlər göndərəndə, mağazaya daxil olanda və ya onlayn alış-veriş edəndə bu dörd hərfi görürlər və onların qüdrətinə inanırlar. Lakin bir çoxları bunun arxasında insanlar, tərəfdaşlıqlar və məhsullardan ibarət dinamik qlobal şəbəkəni görmürlər,” – Visa-nın icraçı vitse-prezidenti və qlobal baş marketinq direktoru x-m Linn Biqqar qeyd etdi. – “Biz istəyirik ki, Visa sadəcə kredit kart şirkəti kimi deyil, ticarəti irəliyə aparan, insanların rəğbətini qazanmış qlobal şəbəkə kimi tanınsın.”
Visa, kredit və debit kart əməliyyatlarının fiziki və rəqəmsal aspektlərini formalaşdırmağa davam etməklə yanaşı, pul hərəkətlərini bir araya gətirən mərkəzdə yerləşir. İqtisadi inklyuzivliyə çıxış ətrafında qurulmuş şirkət olaraq, Visa şəbəkəsi 3.6 milyard şəxsi hesabı, 70 milyondan artıq ticarət məkanını, on minlərlə tərəfdaşı birləşdirir və ildə 11 trilyon ABŞ dollarından çox toplam dövriyyəni təmin edir. Yalnız son 5 ildə Visa ticarətin gələcəyini müəyyən edən texnologiyalara 9 milyard ABŞ dollarından çox yatırım etməklə, olduqca geniş məhsul, xidmət və faydalar çeşidini təqdim edir. Visa şəbəkəsinin imkanlarını bir neçə misalda görmək olar: o, həm sərbəst məşğulluq şərtləri əsasında çalışan işçiyə ödənişini dərhal almağa imkan verən çevikliyə, həm milyardlarla kart və hesab arasında vəsaiti göndərməyi və qəbul etməyi mümkün edən əhatəliyə, həm də sərhədləri çətinliksiz aşaraq iri korporativ ödənişlərin keçməsini təmin edən qüdrətə malikdir.
Visa brend təkamülünün aşağıda göstərilən ilk ünsürləri də Visa-nın inanılmaz imkanlarını bir daha vurğulayırlar:
“Visa ilə tanış olun” çarxları şəbəkənin gücünə diqqət çəkirlər. Visa ilə daima əməkdaşlıq edən mükafat qazanmış Wieden+Kennedy kreativ agentliyi tərəfindən hazırlanmış və Məlik Həsən Seyidin rejissorluğu ilə çəkilmiş qısa film dünyanı “Visa ilə tanış ol”mağa çağırır. Bu giriş filmini tamamlayan bir sıra qısa çarx və fotoşəkillər dünyanın müxtəlif real məkanlarında real insanlara bağlantı qurmağa və bizneslərini irəli aparmağa kömək edən Visa şəbəkəsinin əhatəliyini nümayiş etdirir. Məlik Seyid kimi ən uğurlu və fərqli yaradıcı istedadların – fotoqraf Kamilla Falkez və Pantera & Co adlı Argentinalı rejissor komandasının (Brian Kazez, Pato Martinez və Fransisko Kanton) imza atdığı kreativ məhsullar Visa təcrübəsinin müxtəlif aspektlərini işıqlandırır:
- Ödəniş çevikliyini kəşf et
- Yerli ticarətçiləri qlobal satıcılara birləşdiririk
- Kriptovalyuta ilə yaraşıqlı əşyalar almağa imkan verən yaxın gələcək
- İkinci işinizi qlobal sensasiyaya çevirməyə kömək edirik
Yeni Visa brend kimliyi dəyişiklik rəmzidir. Artıq uzun illərdir ki, Visa brendi etibarlığı, əminliyi, bağlılığı və inklyuzivliyi tərənnüm edir. Bu təməl dəyərlər, qlobal iqtisadiyyatda hamının iştirakını təmin etmək hədəfi ilə yanaşı, qlobal brend tərtibatı şirkəti Mucho ilə tərəfdaşlıqda yaradılan müasirləşdirilmiş, dinamik vizual brend kimliyində ifadə olunacaq. “Visa ilə tanış ol” kampaniyası bu ilin sonunda təqdim ediləcək yenilənmiş vizual brend kimliyinə ilk baxışdır. Bu kimliyə optimal rəqəmsal görünüş yaradan təzələnmiş rənglər, xüsusi yazı şrifti və Visa-nın məqsədini təcəssüm edən yenilənmiş brend loqosu daxildir.
2021-ci il ərzində Visa-nın yeni brend kimliyi Visa fəaliyyət göstərdiyi 200-dən çox ölkə və ərazilərdə açıqlanaraq şirkətin biznes strategiyasının əsas hissələrini bir daha vurğulayacaq:
- Əlçatanlığın genişləndirilməsi və qlobal miqyasda nağd və çek şəklində ödənilən 17 trilyon ABŞ dollar vəsaitinin rəqəmsal ödənişlərə çevrilməsi fokusu ilə istehlakçı ödənişləri.
- Yeni ödəniş axınları, o cümlədən insandan-insana transsərhəd ödəmələri və müasir biznes mühitində hər bir ölçüdə olan bizneslərə əlavə dəyər verən xidmət çeşidinin təqdim edilməsi; yeni artım imkanlarının müəyyən edilməsi və Visa-nın ən təhlükəsiz, etibarlı və dayanıqlı şəbəkə rolunu qoruyub saxlamaq amalımız.
- Fintek şirkətləri və oturuşmuş brendlər ilə şaxələnən tərəfdaşlıqlar yolu ilə çeşidli təkliflər və həllərin təqdim edilməsi; dünyanın hər bir yerində hökumətlərlə tərəfdaşlıqlar və gələcək üçün qurulmuş innovativ texnologiyalar.
“Brend təkamülü bizə Visa-nın cəsarətli iddialarını təqdim etmək, öz mövqe və məramlarımızı bəyan etmək üçün bir fürsətdir,” – deyərək x-m Biqqar davam etdi. – “Dünya pandemiyadan sonra yenidən açıldıqca və pul yeni yollarla hərəkət etdikcə, Visa kimi məqsədyönlü və miqyaslı brend üçün görülən işləri nümayiş etdirmək və istehlakçılar, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etmək üçün ən münasib vaxt məhz indidir”.
“Visa ilə tanış ol” kampaniyası haqqında daha ətraflı burada: https://usa.visa.com/our-purpose/leading-by-example.html
Visa korporasiyası haqqında məlumat
Visa rəqəmsal ödənişlərdə dünya lideridir. Missiyamız ən innovativ, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçılar, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Bizim ən qabaqcıl qlobal texnoloji şəbəkəmiz olan VisaNet bütün dünyada ödənişlərin etibarlı və təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan verir və saniyədə 65 000-dən çox əməliyyat emal etmək iqtidarındadır. Visa şirkətinin innovasiyalara sürəkli fokusu, “connected commerce”, yəni bağlantılı ticarətin istənilən cihazda sürətli artımı üçün katalizator rolunu oynayır. Dünyada analoq texnologiyalarından rəqəmsal sistemlərə keçid baş verdikcə, Visa öz brendi, məhsulları, mütəxəssisləri, şəbəkəsi və fəaliyyətinin miqyasına arxalanaraq ticarətin gələcəyini təyin edir. Əlavə məlumat üçün: usa.visa.com/about-visa, www.visa.com.az, https://www.facebook.com/visaazerbaijan.
Bizi sosial şəbəkələrdən izləyin!!