VISA bitkoin bonusu verən yeni kart buraxacaq | Banco.az

VISA bitkoin bonusu verən yeni kart buraxacaq

Tamara Mustafayeva, Banco.az

Uzun müddətdir ki, mövcud olan rəqəmsal valyuta növü - kriptovalyutalar hələ də kifayət qədər geniş istifadə imkanlarına sahib deyil. Ancaq bununla belə, bəzi kriptovalyuta növlərinin istifadəsini artırmaq üçün atılan müvafiq addımlar bu rəqəmsal valyutaların yaxın dövrdə gündəlik həyatda daha aktiv istifadə ediləcəyinə işarədir. Belə addımlardan biri də dünyanın ən böyük maliyyə xidmətləri təmin edən şirkətlərindən biri olan "Visa" tərəfindən atılıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Visa 2021-ci ilin əvvəllərində müştərilərinə bitkoinlə kəşbək qazandıran yeni plastik kart təqdim edəcək. Maliyyə xidmətləri şirkəti illik 200 dollar dəyərində olan "Bitkoin Bonuslu Visa Kredit Kartı" üçün kriptovalyuta startapı "BlockFi" ilə əməkdaşlıq yaradıb.

Sözügedən kartdan istifadə edənlər alış-verişin 1.5%-ni bitkoinlə kəşbək qazanacaqlar. "BlockFi" şirkətindən edilən açıqlamaya görə, müştərilər kartı əldə etdikləri ilk üç ay ərzində 3000 dollar və ya daha çox xərclədikləri təqdirdə 250 dollarlıq bitkoin bonusu qazanacaqlar. 

Evolve Bank & Trust maliyyə qurumu tərəfindən hazırlanacaq bu kart bitkoinlə pul yığmağı düşünənlərin böyük marağına səbəb olacaq.

Həmçinin oxu: Kibercinayətkarlıq dünya iqtisadiyyatına nə qədər zərər verir?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram