Visa Bitcoin və Blockchain texnologiyasını araşdırmaq niyyətindədir | Banco.az

Visa Bitcoin və Blockchain texnologiyasını araşdırmaq niyyətindədir

Aparıcı ödəniş sistemi olan Visa yaxın zamanlarda Bitcoin  kripto-valyutasının və onun təməlində dayanan Blockchain texnologiyasının təhqiqatına başlayacaq.

Bu haqda, Visanın texnogiya məsələləri üzrə icraçı direktoru Rajat Taneja məlumat verib. Onun sözlərinə əsasən, araşdırmalar kompaniyanın innovasiyalar laboratoriyasında aparılacaq.

Bir müddət öncə ödəniş sektorunun nəhəngi bəyan etmişdi ki, Blockchain texnologiyasında öz biznesi üçün rəqib və təhdid görmür. Bununla yanaşı, etiraf etmişdi ki, gələcəkdə Visa, bir ödəniş vasitəsi kimi Bitcoinə dəstək göstərə bilər.

Ən sərfəli kredit üçün müraciət et

“Qısa müddətdən sonra, Hindistanda  komandalar formalaşdırılacaq və onlar bizim ABŞ və Sinqapurdakı elmi-təhqiqat laboratoriyamız ilər birlikdə Blockchain-in bir çox aspektləri üzərində araşdırmalara başlayacaqlar.” -  Taneja bildirib.

Xatırladaq ki, bundan müəyyən müddət öncə bir neçə məşhur bank Blockchain kripto valyutasında maraqlı olduğunu bəyan etmişdir. Bir çox eskpert isə belə qənaətdədir ki, bu texnologiya bizim həyatımızı hətta internetdən də daha çox dəyişə bilər.
 

Ən sərfəli krediti almaq üçün müraciət et