"Visa" Azərbaycanda genişlənmək istəyir | Banco.az

"Visa" Azərbaycanda genişlənmək istəyir

"Visa" beynəlxalq ödəniş sistemi Azərbaycanda emitent bankların sayını artırmağı planlaşdırır. Bunu "Visa" şirkətinin Azərbaycanda biznesin inkişafı üzrə meneceri Nurlan Hacıyev brifinqdə deyib.

Onun sözlərinə əsasən, bununla əlaqədar "Visa" ölkənin 3 bankı ilə danışıqlar aparır: "Hazırda bizim 36 emitent bankımız var. Aralarında "Caspian Development Bank" və "Ziraat Bank"ın olduğu 3 bankla danışıqlar aparırıq".

Ən sərfəli kredit üçün müraciət et

N.Hacıyev qeyd edib ki, hazırda Azərbaycanın 20 bankı internet mühitdə təhlükəsiz ödənişlər xidmətini (Verified by Visa) göstərir: "Azərbaycan bankları, həmçinin nağdsız ödəniş xidmətləri (Visa pay Wave) də təqdim edirlər".