"Virusa yoluxanların artıması iqtisadiyyat üçün açıq bir riskdir" | Banco.az

"Virusa yoluxanların artıması iqtisadiyyat üçün açıq bir riskdir"

Avropa Mərkəzi Bankının (AMB) sədri Christine Lagarde, koronavirusa yoluxma faktlarındakı artımın iqtisadiyyat üçün açıq risk yaratdığını bildirib.

Bu açıqlama, mərkəzi bankın daha çox monetar təşviqə hazırlıq gördüyünə işarədir.

Marja xəbər verir ki, Lagarde müsahibəsində, "Avro Bölgəsində bir çoxları epidemiyanın soyuq hava ilə birlikdə Noyabr ya da Dekabrda yüksəlişə keçəcəyini gözləyirdi. Yoluxanların sayının çoxalacağı barədə proqnoz çaşdırıcı bir şəkildə gözləniləndən erkən reallaşdı. Bu yaxşı bir işarə deyil" deyib.

AMB-nin baş iqtisadçısı Philip Lane isə, "Virus hələ nəzarət altına alına bilər, ancaq alınmazsa ən pis ssenarilərə hazırlaşmalıyıq" şəklində xəbərdarlıq etmişdir. 

Qeyd edək ki, gələn həftə AMB-nin yığıncağı keçiriləcək. İqtisadçıların və sərmayəçilərin böyük ölçüdə gözləntisi, Bankın 1.35 trilyon avroluq pandemiya istiqraz alışı proqramını artırmadan əvvəl dekabr ayına qədər gözləyəcəyi istiqamətindədir.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et