Virtual gerçəklik ilə qorxularımıza qalib gələ bilərikmi? | Banco.az

Virtual gerçəklik ilə qorxularımıza qalib gələ bilərikmi?

İngiltərədə aparılan bir araşdırma virtual gerçəklik texnologiyasının yüksəklik qorxusuna qalib qəlmək üçün istifadə edilə biləcəyini göstərdi. Bu da ağıllara başqa fobiyaların, hətta xəstəliklərin də virtual gerçəklik ilə məğlub edilə bilmə ehtimalını gətirdi.

Yüksəklik qorxusu ilə bağlı aparılan araşdırmada Oksford Universitetinin psixiatrları ciddi dərəcədə yüksəklik qorxusu olan 100 könüllü üzərində virtual gerçəklik texnologiyasını tətbiq edən bir terapiya yoxladılar.

Xəstələr taxdıqları virtual gerçəklik texnologiyalı eynəklərdə əks etdirilən virtual dünyada ağacda qalmış bir pişiyi xilas etdilər, təhlükəsizlik baryeri olmayan bir platformadan aşağı tullandılar və uçan bir balinanın üstündə səfər etdilər.

Nəticələri “Lancet Psychiatry” jurnalında yayımlanan bu təcrübədə xəstələrin yüksəklik qorxularında virtual gerçəklik terapiyasından sonra ciddi şəkildə geriləmə olduğu qeyd edildi. Araşdırmanı həyata keçirənlər də nəticələrin gözləntilərini üstələdiyini bildiriblər.

Bəs araşdırma necə həyata keçirildi?

Araşdırmaya qatılan 100 nəfər könüllü iki qrupa ayrıldı. İlk qrupdakı 49 nəfərdən iki həftə ərzində həftədə iki-üç dəfə olmaq şərtilə yarım saat virtual gerçəklik eynəyini taxmaqları istənildi. Digər 51 nəfərə isə hər hansı bir müalicə tətbiq edilmədi.

Taxdıqları eynəklərdə əks olunan virtual dünyada yüksək yerlərdə müxtəlif tapşırıqları icra etmələri tələb edilən könüllülərlə iki həftəlik təcrübənin yükununda bir anket və iki həftə sonra isə yenidən bir anket sorğusu keçirildi.

Ən sərfəli kredit üçün müraciət et

Nəticələrə görə, terapiyada iştirak edən 49 nəfərin 49–u da yüksəklik fobiyalarında 68% nisbətində geriləmə olduğunu bildirdilər.

Virtual gerçəklik terapiyası tətbiq edilməyən könüllülərin isə qorxularında öz bəyanatlarına görə 3%-lik azalma oldu.

Eyni zamanda “Oksford VR”–in qurucularından olan Oksford Universiteti Kliniki Psixologiya Fakültəsindən Prof. Daniel Freeman “birbaşa müqayisə aparmasaq da, deyə bilərik ki, nəticələr üz-üzə terapiyadan əldə ediləcəyi gözləniləndən daha yaxşıdır” deyə bildirdi.

Başqa xəstəliklər və ya fobiyalar üçün də tətbiq edilə bilərmi?

Virtual gerçəklik vasitəsilə müalicə üsulu başqa xəstəliklər üçün də sınaqdan keçirilə bilən olduğunu sübut etdi desək, yanılmarıq. Hətta İngiltərənin Beynəlxalq Səhiyyə İnstitutu da ötən aylarda ruhi xəstəliklərin virtual gerçəklik terapiyası ilə müalicə edilməsi üçün 4 milyon fund sterlinq məbləğində sərmayə qoyacağını açıqlamışdı.

Virtual gerçəklik ilə nəzarət altına alınan duyğular xəstələr üçün bir təcrübə yaradaraq əsl həyatda da eyni problemlərin həllində kömək edə bilər.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et