Viral Marketinq nədir? | Banco.az

Viral Marketinq nədir?

Referral Marketinq olaraq da tanınan Viral Marketinqin tərifi qısaca bu şəkildə deyilə bilər: 

Viral marketinq, bir reklam kampaniyasını, maraqlı video, mətn, şəkillər və s. yolu ilə müəyyən bir auditoriyaya e-mail vasitəsilə təqdim etməklə və bu şəxslərin də öz mail ünvanlarında olan şəxslərə reklam mailini forward-laması ilə kampaniya mailini daha çox insana çatdırmağa yönəlmiş bir marketinq strategiyasıdır.

Bu bir növ "electronic word of mouth"dur əslində (word of mouth: ağızdan qulağa, electronic word of mouth: e-mail yolu ilə ağızdan qulağa)

Ən sərfəli kredit üçün müraciət et

Nəzər saldıqda görürük ki, həqiqətən də təsirli bir üsuldur. Ancaq reklam kampaniyasının müvəffəqiyyətli ola bilməsi üçün yollanan mailin gözəl tərkibə və maraq çəkən bir dizayna da sahib olması şərtdir. Təbii ki, yeganə market strategiyası bu olmamalıdır. Ancaq ənənəvi reklam ilə bərabər (qəzet, radio, televiziya) hətta internet reklamcılığına da əlavə olaraq, bir də viral marketinq aparılması çox məntiqlidir. Çünki, hər nə qədər qəzet, radio, televiziya və internet vasitəsilə aparılan kampaniya, hədəflənən auditoriyaya çatsa belə bu kampaniyadan xəbəri olmayan çox sayda adam olacaq. Bu vəziyyətdə "electronic word of mouth" texnikası işə yaraya bilər.

Günel Abduraxmanova / [email protected]