- Öyrəndikdən, sevdikdən sonra daha çox əzab çəkəcəksiniz.
- Yaxşı olmaq asandır, əsas olan adil olmaqdır.
- Gülmək üçün xoşbəxtliyi gözləməyin, bəlkə gülmədən öldünüz.
- Qadını gözəl yaradan Tanrıdır, sevimli edənsə şeytan.
- Gözəllik qısa müddətli hakimiyyətdir.
- Qadınlar zəifdir, analarsa qüvvətli!
- Mənə yağışdan danışma! Yağ!
- Həlim olma əzilərsən, sərt olma sınarsan.
- Səni o qədər xəyal etdim ki, artıq bir xəyalsan.
- Öldükdən sonra yaşamaq istəyirsinizsə ya oxumağa dəyər şeylər yazın, ya da yazılmağa dəyər şeylər yaşayın.
- Hər kəs ölər, lakin hər kəs həqiqətən yaşamaz.
- Diqqət ağlın ən böyük övladıdır.
- Bir kimsənin sənə nifrət etməsinin əsl səbəbi sənin kimi olmaq istədiyi halda, heç vaxt sənin kimi olmayacağını bilməsidir.
- Çalışmaq həyat, düşünmək işıqdır.
- Gəncliyə, yaşlılıqdan çox hörmət etməliyik.
- Sabahların hər zaman gözəl olacağını deyirlər. Bəs bu gün dünənin sabahı deyilmi?
- Yalan ağıl işidir, dürüstlüksə cəsarət. Əgər yalan deməyə zəkan kifayət etmirsə, o zaman cəsarətini işlədib dürüst ol
Tərcümə etdi: İlahə Orucova
Mənbə:allmag.az