Veteran investordan böyük məbləğdə xeyriyyə addımı | Banco.az

Veteran investordan böyük məbləğdə xeyriyyə addımı

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Berkshire Hathaway” şirkətinin sahibi Uorren Baffet yenidən külli miqdarda xeyriyyə ianəsi edib.

Banco.az xəbər verir ki, Uorren Baffet mərhum həyat yoldaşının adını daşıyan “Susan Thompson Buffett” fondu da daxil olmaqla, xeyriyyə təşkilatları üçün 758 milyon dollardan çox dəyəri olan “Berkshire Hathaway” səhmi ianə edib.

Bloomberg Milyarderlər İndeksinə görə, 92 yaşlı Baffet 110,4 milyard dollar sərvəti ilə dünyanın altıncı ən varlı insanıdır. Veteran investor bu il 1,5 milyard dollar qazanc əldə edib, çünki reytinqdə olan digər milyarderlərin əksəriyyətinin xalis sərvəti bazar qarışıqlığı fonunda azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et