Vətəndaşların sosial təminatı daim diqqət mərkəzindədir | Banco.az

Vətəndaşların sosial təminatı daim diqqət mərkəzindədir

Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzləri yaradılır. Bu barədə mətbuata Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazirliyin sosial sifarişləri əsasında ölkənin regionlarında sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzlərinin yaradılmasına başlanılıb. Qeyd olunan mərkəzlər sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası prosesində valideynlərin aktiv iştirakına dəstək verəcək. Həmin uşaqların zəruri bacarıqlara yiyələnmələri üçün valideynlər tərəfindən hansı işlərin aparılmalı olduğu barədə onların sistemli şəkildə maarifləndirilməsinə xidmət edəcək.

Ən sərfəli kredit üçün müraciət et

İlk mərhələdə 10 rayon və şəhərdə belə mərkəzlərin yaradılması, gələcəkdə onların sayının daha da artırılması planlaşdırılır.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et