Vətəndaşların sosial rifahı sosial siyasətin prioritet istiqamətidir | Banco.az

Vətəndaşların sosial rifahı sosial siyasətin prioritet istiqamətidir

Azərbaycanda gələn ildən sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminin 10 faiz artırılacağı ehtimal olunur. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Hadi Rəcəbli bildirib.

H.Rəcəbli deyib ki, Azərbaycanın dövlət büdcəsi sosialyönümlüdür: "Sosial xərclər üçün hər il əhəmiyyətli dərəcədə vəsait ayrılır. Biz bunu lazımınca təbliğ edə bilmirik. Ona görə də bəzi hallarda neqativ fikirlər yayılır. Bəzi hallarda bu istiqamətdə çıxışlarımız təhrif edilir. Buna yol vermək olmaz".

Ən sərfəli kredit üçün müraciət et

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et