"Vertu" şirkəti iflas oldu | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Vertu" şirkəti iflas oldu

Türkiyəli işadamı Hakan Uzanın 4 ay bundan öncə çinli biznesmendən aldığı məşhur lyuks mobil telefon markası "Vertu"nun ləğv olunacağı bildirilib. 

"Haberler" saytına istinadən verilən xəbərə görə, brilyant və qiymətli metallarla işlənib hazırlanan telefonlar istehsal edən "Vertu" son zaman maliyyə problemləri ilə üzləşmişdi. H.Uzan 1,9 mlrd. funt sterlinq yatırımla şirkəti iflasdan qurtarmağa çalışsa da, 128 mlrd. funt sterlinq büdcə kəsiri buna imkan verməyib. Şirkət "Vertu"nun artıq ləğv olunma prosesinə daxil olduğunu bəyan edib.

Qeyd edək ki, "Vertu" 1998-ci ildə "Nokia" şirkəti tərəfindən qurulub.

Mənbə: Report.az